Məşhur aktyor tanınmamaq üçün başına papaq qoydu

Bu ilin yanvarın 25-də narkotik istifadəsinə görə digər məşhurlarla birgə saxlanılan, bir neçə gündən sonra azadlığa buraxılan “Adını Feriha Koydun” kimi serialların aparıcı qəhrəmanlarından olan Çağatay Ulusoy ilk dəfə olaraq mediada görüntülənib

"OLAYLAR"In Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, jurnalistin sualının cavablandırmaqdan imtina edən Ulusoy bunun səbəbini çox kefsiz olması ilə izah edib. Hazırda "Aşk hikayesi" adlı serilla yenidən efirə qayıdacağı gözlənilən Ulusoyun media nümayəndələrindən gizlənməsinin digəri səbəbi elə serialın rejissorun istəyi ilə əlaqədardır. Belə ki, rejissor məşhur aktyordan bir müddət ekranlardan kənar olmağını tələb edib. Rejissorun bu istəyini razılıqla qarşılayan Ulusoy hətta media nümayəndələrini diqqətindən kənarda qalmaq üçün həmişə yaşadığı evini də tərk edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31