Misirdə Nizami Gəncəvinin irsi araşdırılacaq
18 Aprel 2013 17:12 MədəniyyətMisir prezidenti Məhəmməd Mursinin rəhbərliyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Qlobal Liderlər Şurasının əsas təsisçi qurumlarından biri olan məşhur İsgəndəriyyə Kitabxanası Direktorlar Şurasının toplantısı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olanb məlumatda bildirilib ki, prezident Mursi İsgəndəriyyə Kitabxanasının həm Misirin, həm də dünya mədəniyyətində oynadığı önəmli rolu vurğulayaraq Misir hökumətinin hər zaman kitabxananın işinə yardım edəcəyini bildirib. Görüşdə prezidentə Cənubi Qafqaz Forumu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi haqqında geniş məlumat veriblər. Misir prezidenti Məhəmməd Mursi Nizami Gəncəvinin böyük maraq doğurduğunu deyib, şairin irsinin Misirdə daha da geniş araşdırılmasını uğurlarını arzulayarıb.