Tatlısəs: “Burnum gündən-günə genişlənərək boru kəmərinə bənzəyir”
Bir müddət öncə nəfəsalmasında müəyyən problemlər olan müğənni İbrahim Tatlısəs bu dəfə də media nümayəndələrinə uğursuz burun əməliyyatı haqda danışıb
18 Aprel 2013 16:19 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, burnunda ət olmasına görə burun-boğaz həkiminə müraciət edən müğənni indi bu addımına görə, peşman olaraq "kaş ki, etməsəydim" deyir: "Uşaqlıqdan burnumda ət var idi. Bu mənim nəfəsalmamı çətinləşdirirdi. Həm də deyilənlərə görə, bu problemlə əlaqədar mən hətta yuxuda ikən də ölə bilərəm. Buna görə, çox qorxdum. Həkimə müraciət etdim. O, isə mənə "bu su içmək qədər asan işdir" dedi. Bu cür danışıqla məni rahatlayan həkim ətraflı heç bir məlumat vermədən məni əməliyyat masasına əyləşdirdi. Həkim burnumun bir deşiyini kiçiltdiyi üçün o biri deşiyini də kiçildəcəyini söylədi. Mən də razılaşdım. Kaş ki, belə olmazdı. İndi burnum gündən-günə genişlənərək boru kəmərinə bənzəyir. Artıq burnumla danışıram. Həkimə bu haqda deyəndə isə mənə "boş ver, belə olmalıdı" söyləyir. Bir var həkim, bir də var ki həkimcik. Bunlar həkimcikdir".