Brilliantın oğlu evliliyindən danışdı
18 Aprel 2013 15:00 MədəniyyətXalq artisti Brilliant Dadaşovanın oğlunun evliliyi ilə bağlı yayılan xəbər və foto ətrafında söz-söhbət səngimək bilmir. Sənətçinin mətbuat əlaqələndiricisinin Publika.Az-a verdiyi məlumata görə, fotodakı qız Brilliant Dadaşovanın yaxın qohumudur.
"Bu foto bağda çəkilib. O qız Brilliant xanımın yaxın qohumudur. Balaca uşaq isə bacısının nəvəsi. Cahad evli deyil, o hazırda Türkiyədə ali təhsil alır. Təhsilini başa vurduqdan sonra karyerası barədə düşünəcək və özünə hansısa bir iş qurandan sonra evlilik barədə qərar verəcək. Bu xəbərlərdən çox güman ki, Cahad xoşlanmır, çünki o nə televiziyiya çıxmağı sevir, nə də mətbuata. Şou-biznesi heç xoşlamır və özü haqqında məlumatların yayılmasının əleyhinədir. Çünki o ingilis dilində mükəmməl danışır, Amerika təhsili almış oğlandır və şəxsi həyatının gündəmə gətirilməsini heç xoşlamır".