Şakiraya qarşı iddia

Müğənninin keçmiş sevgilisi ondan 100 mln dollar tələb edir

Dünyaşöhrətli müğənni Şakiranı məhkəməyə verən keçmiş sevgilisi, ondan əl çəkmək istəmir. Belə ki, Argentinanın sabiq prezidentinin oğlu Antonio de La Ruanın Şakiradan təzminat qismində 100 milyon dollar tələb etdiyi ərizəsi Kaliforniya ştatının Ali Məhkəməsinə verilib.
11 il Şakira ilə birlikdə olan keçmiş sevgilisi iddia edir ki, bu müddət ərzində Şakiranın onunla təkcə sevgi münasibətləri deyil, həm də biznes münasibətləri olub və məhz onun maddi dəstəyi sayəsində Şakira dünya şöhrəti qazanıb.
Hələ ki, Antonio de La Rua məhkəmədə o qədər də uğur qazanmasa da, geri çəkilmək niyyətində deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31