Günay Musayeva kişi olacaq

Model səhnəsində rol alacaq

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva kişi olacaq. ANS PRESS-in məlumatına görə, modelimiz aktrisa Elif Tayhanın Kərəm Baydarla birgə hazırladığı "Teatr yox ki" tamaşasının "Aşkı Məcnun" səhnəsində rol alacaq.
"Gürdar" obrazını canlandıracaq Günay, birinci hissəsində səhnəyə kişi obrazında, ikinci hissədə isə dünya gözəli və firma sahibəsi obrazında çıxacaq.
"Aşkı Məcnun" aprelin 19-da nümayiş olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31