Brilliant Dadaşovanın oğlunun evlilik fotoları yayıldı VIDEO

Xalq artisti bu xəbərdən şoka düşdü

Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahadın evlilik xəbərləri yayılıb. ANS PRESS-in məlumatına görə, bu faktı "ATV Maqazin" proqramı hələ keçən il iyun ayında ortaya çıxarıb. Bu xəbər o zaman səs-küy yaratmasa da, yenidən gündəmə gəlib.
Cahadın və rus millətindən olan bir xanımın körpə qız uşağı ilə çəkdirdiyi foto bu şayiənin yaranmasına əsas verib.
Xalq artisti eşitdiyi xəbərdən şoka düşüb. Oğlunun qeyri-rəsmi münasibətlər qurmasına etiraz etmədiyini qeyd edən Dadaşova, Cahadın rəsmən evli olmadığını bildirdi.
Sujetin sonunda isə şəkildəki uşağın Brilliant Dadaşovanın bacısının qızı Nigarın olduğu deyilsə də, fotodakı qızın kimliyinə aydınlıq gətirilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31