Xalq artisti: "Xahiş edirəm, dediklərim təhrif olunmasın"
Aygün Kazımova etiraz edib
18 Aprel 2013 09:20 MədəniyyətTürkiyənin "Kral" televiziyasının təşkil etdiyi məşhur "Türkiyə Müzik Ödülleri"nin təqdimetmə mərasimindən geri dönən xalq artisti Aygün Kazımova dönər-dönməz qalmaqalla üzləşib. ANS PRESS-in məlumatına görə, qalmaqala xalq artisti Brilyant Dadaşovanın "Mükafat ala bilmədikləri üçün Aygün və Röyaya görə məyus oldum" sözləri olub. Kazımovanın ATV-nin "Gün keçir" verilişində söylədiyi "Brilyant Dadaşova 15 ildir Türkiyə şou-biznesindədir, amma indiyədək heç bir müsabiqəyə dəvət edilməyib. Bunu qalmaqal üçün demirəm, real faktdır" ifadələr mətbuat tərəfindən həmkarına qarşı mənfi cavab kimi qəbul edilib.İfaçı ANS PRESS-ə açıqlamasında fikirlərinin təhrif olunmasına etirazını bildirib: "Xahiş edirəm, dediklərim təhrif olunmasın. Həmin verilişin video yazısı bizim tərəfimizdən internetdə yayımlanacaq".