Axtarışda olan Rəqsanə Moskvada ulduzlarla toyda (FOTO)

O, Rafet El Roman, Filip Kirkorov və Araşla birlikdə toyda iştirak edib

Azərbaycanda barəsində axtarış elan olunduğu bildirilən müğənni Rəqsanə İsmayılova Moskvada toyda olub. ANS PRESS-in məlumatına görə, toyda onunla bərabər Rafet El Roman, Filip Kirkorov, Araş və Ədalət Şükürov da iştirak edib. Rəqsanə toydan çəkilmiş fotoları özünün Facebook səhifəsində yayıb.Xatırladaq ki, R. İsmayılova barəsində 5 nəfərin şikayət ərizəsi əsasında istintaq araşdırması başlanılıb. Bu şəxslər müxtəlif epizodlar üzrə müğənninin onların etimadından sui-istifadə edərək, aldadıldıqlarını, külli miqdarda vəsaitlərinin mənimsənildiklərini bildirirlər. Əgər müğənninin günahı sübuta yetirilsə, onu 7 ildən 12 ilədək həbs gözləyir. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb və məhkəmənin qərarı ilə axtarış elan olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31