Rafet El Roman ailə həyatı qurmağa hazırlaşdığı qızdan övladlarının istəyi ilə ayrıldı
Tükiyənin məşhur müğənnisi Rafet El Roman ailə həyatı qurmağa hazırlaşıdğı sevgilisi Ceren Kaplakaslandan öncəki həyat yoldaşından olan qızlarının etirazına görə ayrıldı
17 Aprel 2013 18:14 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Rafet el Romanın Tuğba Altıntopdan olan Suelnur və Şəvvanur adlı qızları atalarının Cerenlə ailə həyatı qurmasına etiraz edib. Müğənni ötən il ayrılıb, daha sonra yenidən barışdığı sevgilsi ilə atalıq duyğusuna görə, həmişəlik yollarını ayırmalı olub. Almaniyada birgə yaşadığı qızlarını üzmək niyyətində olmayan müğənni onları öz sevgisindən də üstün tutub. Müğəninin yaxınlarının Rafetin belə addım atmasına münasibəti isə fərqli olub: "Rafetin onunla ailə həyatı qurmaq niyyəti olmayıb. Sadəcə yaxın dost olublar. Cerenə isə ondan övlad dünyaya gətirəcək, onu xoşbəxt edə biləcək bir kişi arzulayırıq".