“Mən bu gözəllikdən heç bir qazanc əldə etməmişəm”

2002-ci ildə "Best Model of Turkey" seçilən, daha sonra müxtəlif film və seriallar və bir çox reklam məhsullarının tanıtımı üçün müxtəlif təkliflər alan model və aktyor Kıvanç Tatlıtuğ mətbuat konfransında jurnalistlərə açıqlama verərkən belə danışıb: "Hər kəs mənə yaraşıqlı olduğumu deyir. Lakin mən bunun heç bir faydasını görməmişəm". Ötən gün üçüncü reklam filminin mətbuat konfransı üçün Braziliyalı manekenlərlə jurnalistlərin qarşısına çıxan Kıvanç bundan öncə çəkildiyi reklam üçün iki milyon dollar qazanc əldə etdiyini də deyib. O, həddindən artıq yaraşıqlı olması ilə əlaəqdar verilən suallardan sıxılma səbəbini  isə belə izah edib: "Yaraşıqlı və gözəl olmaq önəmli amil deyil. Əsas insanın özünü necə hiss etməsidir. Hər kəs yaraşıqlı olduğumu deyir. Amma mən bu gözəllikdən heç bir qazanc əldə etməmişəm".

Qeyd edək ki, xarici görünüşünə görə heç nə qazanmadığını iddia edən Kıvanç Tatlıtuğ bu vaxtacan Yaxın Şərqə uçuşlar üçün reklam məhsulundan 350 min, Yedigün firmasından 750 min, Vestelin reklam çəkilişindən isə 350 min qazanc əldə edib. Bundan başqa "Blue Jenas" firması ilə müqavilə bağlayaraq onların siması seçilən aktyor bu razılıq nəticəsində 500 min dollar, Magnum firması ilə razılığa görə isə 1 milyon dollar qazanıb. Ümumilikdə, məşhur aktyor təkcə çəkildiyi reklam çarxlarından 4 miyon 550 min qazanc götürə bilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31