İlhamə Quliyevanın oğlunun toyunda nələr olacaq

Faiq Ələkbərovun “OLAYLAR”a ünvanladığı məktubu təqdim edirik:

"Aprelin 19-da Dağıstanın və Azərbaycanın Xalq artisti, "Şöhrət" ordenli, Dünya Sülh Səfiri, Türk Dünyasının sənət kraliçası İlhamə Quliyevanın oğlu Orxanın toy mərasimi baş tutacaq. Sənətkarın bu xoş gününə dövlət və hökumət nümayəndələri, səfirlər, ziyalılar, mədəniyyət və incəsənət xadimləri, bir sözlə tanınmış və nüfuzlu şəxslər dəvətlidirlər. Bildiyiniz kimi dördüncü hakimiyyət nümayəndələrinə, yəni jurnalistlərə hər zaman böyük hörmət və rəğbətlə yanaşan İlhamə xanım Quliyeva bütün yaradıcılıq planlarını, sənət uğurlarını onlarla sevə-sevə paylaşıb. Lakin sənətkar şəxsi istəyi ilə bu ailə məclisini qapalı keçirilməsini nəzərdə tutub. Bu səbəbdən KİV nümayəndələrinin toy mərasimini yerindəcə işıqlandırmasına razılıq verilməyib. Odur ki, toy məclisinə yalnız dəvətli qonaqlar buraxılacaq. Lakin mərasimdən sonrakı günlərdə toyun ən vacib və maraqlı məqamlarının əks olunduğu görüntülər böyük məmuniyyətlə KİV əməkdaşlarına təqdim olunacaq. Ümid edirik ki, İlhamə xanımın bu istəyi jurnalistlər tərəfindən anlayışla qarşılanacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31