Gənc pianoçuların böyük uğuru
17 Aprel 2013 16:02 MədəniyyətMəşhur azərbaycanlı pianoçu İslam Manafovun övladları, Beynəlxalq müsabiqələr laureatları, Abuzər və Turan Manafovlar aprel ayından etibarən Bakının bir-sıra musiqi məktəblərində Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş fortepiano musiqisindən ibarət silsilə konsert proqramları ilə çıxış edirlər. Səbail rayon İcra Hakimiyyətindən "OLAYLAR"a daxil olan məlumatda bildirilir ki, Türkiyə Respublikasında yaşayıb yaradan bu ailə musiqi ənənələrinə bağlılığı ilə seçilir və Orta Şərq və Avropada şöhrət tapmış İslam Manafovun yolunu övladları Abuzər və Turan layiqincə davam etdirirlər. Türkiyə Respublikasının Mimar Sinan Konservatoriyasının məzunları olan gənc pianoçu -ifaçılar Abuzər və Turan Manafovlar 2006-cı ildə "Onay Sanat Piano Musabiqəsi"ndə iştirak etmiş, Turan Başarı Mukafatlara, Abuzər isə 2-cilik mükafatına layiq görülüblər.
Bakı şəhərində silsilə konsert proqramları ilə çıxış edən istedadlı ifaçılar 6 saylı uçaq musiqi məktəbində Şopenin. Skryabinin, Listin əsərlərini yüksək professionallıqla ifa ediblər. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş bu konsertlər aprelin sohuna kimi davam edəcək.