İlhamə Quliyevanın oğlunun toyunun qadağaları
Müğənni İlhamə Quliyevanın oğlu Orxxanın 19 aprel tarixində “Meridian” restoranında baş tutacaq toyu haqda bütün təşkilati işlər üzrə prodüser Tolik “OLAYLAR”a danışdı
17 Aprel 2013 15:48 Mədəniyyət"Toyu idarə etmək Vasif Məhərrəmliyə həvalə ediləcək. Aparıcı isə Murad Dadaşov olacaq. Müğənnilərdən Röya, Zülfiyyə xanım, Faiq Ağayev, Sevda Yəhyayeva, Nüşabə Ələsgərli dəvət olunub. Qonaq qismində olmayan bəzi dəvət olunan müğənnilər isə ifa edib gedəcəklər. "Lənkəranlı nənələr" toya dəvət olunublar. Onlar ifa edib gedəcəklər. Bundan başqa İlhamə xanımın şəxsi istəyi ilə İntiqam-Ehtiram qardaşları da dəvətli qonaqlar sırasındadır. Onlar həm meyxanalarından ifa edəcək, həm də qonaq qismində iştirak edəcəklər. Toyda çəkilişə icazə verilməyəcək. Jurnalistlər yalnız restoranın qarşısında çəkiliş apara biləcəklər. Restoranın içərisində heç bir çəkilişə icazə verilməyəcək. Qonaqlara da çəkiliş aparmamaq tapşırılacaq. Sözsüz ki, çəkilən şəkillər bir az sonra sosial şəbəkə və saytlarda paylaşılacaq. Heç kəs bunun qabağını ala bilməz. Növbəti gündə İlhamə xanım özü də sevdiyi portal və telekanallara toydan çəkilən şəkilləri verəcək".
-Bəs, Nazpəri Dostəliyeva, Flora Kərimova necə, toya dəvət olunublarmı?
-Yox, inanmıram ki, elə adamlar dəvət olunsun. Heç dəvət olunmayıb, gəlməklərinə də inanmıram.
-Çəkilişə icazə verilməməsinin səbəbi nədir?
-İlhamə xanımın bəzi qonaqları var ki, onlar kamera qarşısına çıxmaqdan çəkinirlər. Bunlar vəzifəli şəxslər də ola bilər. Bunları nəzərə alaraq İlhamə xanım toyu sakit formada, heç bir reklam olmadan keçirtmək istəyir.
-Vəzifəli şəxslər arasında dəvət olunanlar varmı?
-Bu haqda heç nə danışa bilmərəm. Onların adını deməyə ixtiyarım yoxdur.
-Ümumilikdə toya nə qədər qonaq dəvət olunub?
-Qız toyu bildiyiniz kimi artıq olub. İlhamə xanım öz oğlunun toyuna isə ümumilikdə dörd yüzə yaxın qonaq dəvət edib.
-İlhamə xanımdan gəlininə maraqlı sürpriz gözlənilirmi?
-İlhamə xanım gəlini üçün maraqlı sürpriz hazırlayıb. Sürpriz olduğu üçün bunu öncədən açıqlaya bilmərik.
-Toyda digər müğənnilər kimi İlhamə xanımın da ifası gözlənilirmi?
Biz çox istəyirik ki, İlhamə xanım öz oğlunun toyunda "Toy, toy, toydur bu gün" mahnısını ifa etsin. Bir oğlu var. Məncə toyda özü də ifa edər. "OLAYLAR"
Nigar Məhərrəm