Tatlısəsin oğluna qurban kəsildi
ABŞ-ın Boston şəhərində baş verən partlayış nəticəsində sağ xilas olanlardan biri də İbrahim Tatlısəsin oğlu İdo olub
17 Aprel 2013 13:13 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, musiqi təhsilini Amerikada davam etdirən İdo olay baş verən gün marafon yarışlarını izləmək üçün evdən çıxıb. Partlayış baş verən ərazidən bir neçə dəqiqə öncə keçdiyini anası Derya Tunaya zəng edərək xəbər verən İdo həddindən artıq çox qorxduğunu söyləyib. Oğlu hadisədən sağ-salamat xilas olduğu üçün Allaha dua edən Derya onun üçün nəzir deyərək qurban kəsdiyini də söyləyib.: "Allah məni və oğlumu qoruyub. Şükürlər olsun ki, partlayış baş verərkən ərazidən bir az kənarda olub. Hadisə yerindən çəkdiyi şəkilləri də mənə yollayıb. Çox qorxmuşdum. Balam üçün qurban da kəsdim. Hazırda İdonun psixoloji durumu da qaydasındadır".