Kıvanç Tatlıtuğ efirdən ayrılır

Brazilyada yayımlanacaq reklam şirkətlərinin biri ilə işbirliyi quran məşhur aktyor Kıvanç Tatlıtuğ bir müddət efirdən kənarda olacağı haqda xəbər verib

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aktyor  jurnalistlərə verdiyi açıqlamasında "Kuzey- Güney" serialının on bölümdən sonra yekunlaşacağı haqda hər kəsi məlumatlandırıb. Bu serialın yekun çəkilişlərindən sonra bir neçə ay istirahət edərək efirdən kənarda olacağını deyən Kıvanç həmin müddət ərzində yalnız filmlərdə çəkiləcəyini də vurğulayıb. Yay tətilindən sonra yenidən efirə qayıdacağını deyən aktyor artıq eyni ssenarili, bənzər seriallarda rol almayacağını da vurğulayıb: "Eyni rolları oynamaqdan bezdim. Bu həm məni, həm də tamaşaçını bezdirir. Bundan sonra hər rol təklifini qəbul etməyəcəyəm. Çəkilməzdən öncə seçim edəcəyəm". Hollivuddan təklif alması söylənilən Kıvanç yayılan məlumata belə münasibət bildirib: "Mənim üçün əsas olan Türkiyə üçün çalışmaqdır. Türkiyədə olduğum üçün çox xoşbəxtəm. Hollivudun mənim üçün maraqlı, ya maraqsız olduğunu da deyə bilmərəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31