"Eurovision-2013"də "orkestr" səhnəyə qayıdır

Bu ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək "Eurovision-2013" mahnı müsabiqəsinin İsveç yayımçısı SVT "orkestr"i səhnəyə qaytaracaq. "Eurovision" mahnı müsabiqəsinin rəsmi saytından AzərTAc-a bildiriblər ki, yarışmanın ikinci yarımfinalının interval aktına "orkestr" daxil edilib. Əlbəttə ki, bu, xüsusi növ "orkestr" olacaq. Mahnı müsabiqəsi tarixində orkestrdən istifadə olunmuş, lakin zaman keçdikcə, baxışlar dəyişdikcə, yarışmada, o cümlədən səhnədə də dəyişikliklər yaranmışdır. Odur ki, mahnı müsabiqəsində orkestr olmur. Lakin budəfəki "orkestr" rəqqaslardan ibarət olacaq. İsveçin ən yaxşı rəqqasları toplaşaraq bir musiqi aləti kimi duracaq və tamaşaçıları mahnı müsabiqəsinin tarixinə qiyabi ekskursiyaya aparacaqlar. Sonda isə belə "musiqi alətlərindən" simfonik orkestr formalaşacaq.
Artıq məşqlərə başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31