"Mənə müğənni deməyin"

Ruhi jurnalistlərə səsləndi

Hal-hazırda ATV telekanalında yayımlanan "Özünə bax" verilişinin layihə rəhbəri olan Ruhi Əliyeva adının müğənni kimi hallanmasına tərəfdar deyil.
ANS PRESS-in milli.az-a istinadən verdiyi məlumata görə, biznes-ledi jurnalistlərə səsləndi: "Bir zamanlar həvəskar kimi bir neçə mahnı ifa etmişəmsə, bu, o demək deyil ki, mən müğənniyəm? İnanın belə bir istəyim əsla olmayıb. Mənə müğənni deməyin. Çünki bu ad özü-özlüyündə insanın çiyinlərinə məsuliyyət qoyur. Axı mən son illər hansı mahnı yazdırmışam? Yoxsa konsert proqramı ilə çıxış etmişəm?
Odur ki, rəhbəri olduğum layihəyə görə adımı teleaparıcı kimi də yazırlar. Xahişim odur ki, gələcəkdə hansısa tədbirlərdə qarşılaşacağıqsa, sadəcə, Ruhi Əliyeva da iştirak edirdi yazılsın. Onsuz da, məndən başqa Ruhi yoxdur ki, oxucularınız kiminləsə səhv salsınlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31