Prodüser Tolik növbəti qalmaqalın təməlini qoydu VIDEO
"Mən onu məhv edərəm, elə faktlarım var ki..."
17 Aprel 2013 10:56 MədəniyyətMilli.Az xəbər verir ki, qısa müddətdir efirə çıxmağına baxmayaraq, tamaşaçıların böyük maraqla Lider TV-nin efirində izlədikləri və öz dəst-xətti ilə seçilən "Pərdə" maqazin proqramının aprelin 17-si saat 22:30-da nümayiş olunacaq buraxılışında yenə də gündəmə yeni-yeni mövzular gələcək.
Rejissoru Aynurə Tahirqızı, aparıcısı Zaur Nəbioğlu, montajçısı Arzu Aslanov, müxbiri Aytac Bayramzadə olan verilişdə hər həftə maraqla izlənən "5 etiraf" rubrikasında bu dəfə qonaq "Tolik" ləqəbli, qalmaqallı prodüser kimi tanınan Tarix Əliyev oldu.
Onun etdiyi etiraflar şou-biznesdə sükutu pozacaq. Bu günəcən dilinə alıb demədiyi sözləri Tolik ilk dəfə "5 etiraf"da deyəcək. "Mən onu məhv edərəm, çünki onun elə hərəkətlərini bilirəm ki..." - deyən Tolik, görəsən, kimi nəzərdə tutdu? Bir çox hadisələrdə ziyan çəkdiyini bildirən prodüser "5 etiraf"da bir çoxlarına qalmaqallı ismarıclar göndərdi.
"Mən sənə faktla sübut edərəm, peşman olarsan", - deyən Tolikin daha şiddətli və qalmaqallı etiraflarını eşitmək istəyirsizsə, bu axşam 22:30-da Lider TV-də "Pərdə"ni mütləq izləyin.
Məlumat üçün bildirək ki, verilişin informasiya dəstəyi Milli.Az-a məxsusdur.