Xalq artisti sabah gününü gənc qızlarla keçirəcək VIDEO

Səməd Səmədovdan xəbər var

Xalq artisti Səməd Səmədov sabah yeni klipinin çəkilişlərinə start verəcək. ANS PRESS-in məlumatına görə, müğənni "Bəzənin, ay qızlar" mahnısını ekranlaşdırmağa qərar verib. Mahnını türk bəstəkar Selamet Cevdet azərbaycanlı şair İkram Əliyevin sözlərinə bəstələyib.
Klip rejissor Elnaz Əbluca həvalə edilib. Çəkilişlərdə podium və modellər olacaq. Bir sözlə, Səməd Səmədov sabah gənc qızların əhatəsində olacaq.
Xalq artisti bu klipinə möhtəşəm təqdimat mərasimi düzənləyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31