Cabbar Musayev Təranə Qumralın cavabını verdi: “Əxlaqsız elə bilir ki, hamı əxlaqsızdır”
Cabbar Musayev “OLAYLAR” vasitəsilə Təranə Qumralın cavabını verdi
16 Aprel 2013 18:17 Mədəniyyət- Təranə-Musa cütlüyü arasında bu cür qalmaqalın, ailədaxili söz-söhbətlərin yaranmasında hansı tərəfi günahkar sayırsınız?
-Mən Təranədə heç bir günah görmürəm. Bütün günahlar Musadadır. Biz qardaşımızdan 17 ildir ki, imtina etmişik. Nəyə görə? Düz-əməlli qadınla ailə həyatı qursaydı, biz ondan imtina edərdik? Əlbəttə, yox. O əxlaqsızı aldığı üçün ondan imtina etmişik.
-Təranə Qumralı siz də əxlaqsız adlandırdınız. Hansı əməllərinə görə bu fikri söyləmək olar?
-Bu tamamilə başqa məsələdir. Bircə onu deyə bilərəm ki, qardaşımla danışmamağımın səbəbi onun belə qadınla ailə həyatı qurmasıdır. Mən onunla on yeddi ildir ki, danışmıram. Bundan sonra bir on yeddi il də yaşasaq danışmayacağıq. Çünki mənim qardaşım o qadınla ailə həyatı qurmaqla ailəmizə ləkə gətirib. Təranə də öz işini görüb. Qardaşım on yeddi ildən sonra, qocalanda ayılıb deyir ki "vay mən kiminlə ailə həyatı qurmuşam".
-Bundan sonra Musa Musayevlə barışmaq fikriniz varmı?
-Onu heç o vaxt da bağışlamaq fikrimiz yox idi. Nə indi, nə də bundan sonra etdiyi hərəkətə görə, Musanı bağışlamayacağıq. Təranəni aldığı üçün o nəinki bizim ailəyə, bütün el-obaya ləkədir.
-Son olaraq Təranə Qumralın "əxlaqsız Cabbarın arvadı, gəlinidir" fikrinə də münasibətinizi öyrənmək istəyirik.
-Mediadan başqa bütün Azərbaycan onu tanıyır. Media onu tanımadığı üçün adının yanına xanım sözünü də əlavə edir. Ona Təranə xanım yox, sadəcə Təranə demək olar . Əxlaqsız elə bilir ki, hamı əxlaqsızdır. "Olaylar"