Türk aktyor: "Beren Saatla yatağa girməyimizdən danışmayın"

Türkiyədə populyarlaşmış "İntikam" serialında baş rolları aktrisa Beren Saatla paylaşan aktyor Mert Fırat hər seriyadan sonra öpüşmə və yataq səhnələrinin müzakirə edilməsindən narahat olduğunu deyib. Milli.Az AHT-yə istinadən bildirir ki, 32-ci İstanbul Film Festivalının qapanış mərasimində aparıcıılq edən aktyor jurnalistlərin "İntikam"la bağlı suallarını cavablayıb. "Hər seriyada Berenlə eşq səhnələrimiz var. Serialda iki sevgili rolunu oynayırıq. Serialda hadisələr çoxdur, amma hamı nədənsə sevişmə səhnələrindən danışır. Beren Saatla yatağa girməyimizdən danışmayın. Narahat oluram", - Mert Fırat deyib.
Beren Saatın sevgilisi Kenan Doğulunun bu səhnələrdən narahat olduğunu və aktrisanı qısqandığını eşidən Mert Fırat söyləyib: "Doğrudur. Nə gözəl..."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31