Əli Mirəliyev: “Psixoloji problemin varsa, get Maştağada özünü müalicə et”

“Təranə o yuvanın quşu deyil. Mən onun haqda kimləsə, nəsə…heç vaxt eşitməmişəm”

Musa-Təranə cütlüyünün ayrılması, gəzən söz-söhbətlər haqda Əli Mirəliyevin də fikirlərini öyrəndik.

-Ümumiyyətlə son olaraq mediada ayrılmaları ilə gündəmə gələn, bir-birləri haqda sərt fikirlər səsləndirən Təranə-Musa cütlüyü haqda nə deyə bilərsiniz?

-Mən Musaya bir sual vermək istəyirəm. Ay Musa, adam da otuz ildən artıq yaşadığı, həyat qurduğu bir qadın haqda belə fikirlər səsləndirə bilərmi? Onun uşaqları, nəvələri var, eyibdir axı. Təranə o yuvanın quşu deyil. Mən onun haqda kimləsə, nəsə...heç vaxt eşitməmişəm. Niyə o bu yaşda ərinə xəyanət etsin? İkincisi də lap belə şey olsa da, hansı kişi həyat yoldaşı, nazını çəkən, uşaqlarının anası olan bir qadın haqda belə söz deyə bilər?. Bəlkə də hər şey əksinədir. Musa özü cavan qız görüb, ona aşiq olub. Təranənin əlindən yaxasını qurtarmaq üçün onun haqqında bu cür fikirlər səsləndirir. Kişi xeylağı üçün belə fikir səsləndirmək olmaz axı. Nə qədər dəyərlərimizi itirmişik. Müğənni olanda nə olar ki. Hadisənin başvermə səbəbindən asılı olmayaraq onun belə fikirlər səsləndirməsinə heç bir ixtiyarı yox idi. Musa mənim üçün də pis oğlan deyil. Amma niyə belə edib, başa düşmədim. Hər halda o bu addımla müsbət yox, mənfi imic qazanıb. Onun bu addımını heç dəstəkləmirəm də.

-Təranə xanım verdiyi açıqlamalarda onun psixolji problemlərinin olmasını söyləyir. Sənət yoldaşınız olub. Siz bu fikrə necə münasibət bildirərdiniz?

-Psixoloji problemi də ola bilər. İncəsənət adamları, tanınmış insanlar belə səhvlərə yol verərək cəmiyyətə pis örnək olmamalıdır. Bəs, bu xalq kimdən öyrənməli, kimə baxmalıdır? Biz bu səhvləri etsək, bizdən sonrakı nəsil də hay-haray salacaq. Psixoloji problemin varsa get Maştağada özünü müalicə et. Bunun çarəsi var.  Niyə arvadınla birgə bütün Azərbaycanın gözü önündə özünü biabır edirsən? Belə olmaz.

-Öncələr Musa Musayevdə psixoloji problemlər müşahidə etmisinizmi?

-Qabaq belə problemlər onda hiss etməmişəm. Onu qabiliyyətli, başıaşağı bir insan kimi tanıyırdım. Hər bir cütlüyün ayrılmasını düşünə bilərdim, amma Musa ilə Təranənin ayrılacağına heç vaxt inanmazdım. Bu cütlük səmimi, xoşbəxt olması ilə həmişə örnək olub. Doğurdanmı görəsən onun psixoloji problemi var? 

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31