Tatlısəsə öz adından istifadə etmək yasaqlandı

Bir müddət öncə “İbrahim Tatlısəs” adlı radionun bütün hüquqlarını müğənnidən on milyon dollara satın alan Sadettin Saran ona yenidən bu adda radio açmağa imkan verməyəcək

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bir müddət bundan öncə "İbrahim Tatlısəs" adlı FM-ə sahib olan, 2005-ci ildə onu Sadettin Saran adlı hüquqi şəxsə satan Tatlısəs yenidən bu adda radio açmaq qərarına gəlib. Müğənninin istəyinə qarşı bu adda radionun bütün hüquqlarını satın alan hüquqi şəxs tərəfindən etiraz gəlib. 2005-ci ildə İbrahim Tatlısəsdən həmin radionun bütün hüquqlarını satın alan Sadettin Saran daha sonra radionun başqa adla yayımlamasına baxmayaraq, yenidən həmin addan istifadə etməyi düşünür. Eyni adda iki radionun fəaliyyət göstərməsinə icazə verməyəcəyini deyən Sadettin Saran həmin adla bağlı bütün hüquqların özünə məxsus olduğunu deyərək Tatlısəsə istəyini reallaşdırmağa imkan veməyəcəyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31