Müsabiqə elan olunub
16 Aprel 2013 14:17 MədəniyyətAzərbaycan Respublikası və Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansı 29 may-1 iyun 2013-cü il tarixlərində Bakı şəhərində keçiriləcək II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mədəni müxtəlifliliyi və icmalar arasında birgəyaşayışı önə çəkmək məqsədi daşıyan praktiki təşəbbüsləri dəstəkləyən layihələr üçün müsabiqə elan edib. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, Ərəb Liqası və Mərkəzi Asiya ölkələrindən olan çeşidli dünyada sülh şəraitində birlikdə yaşamağa kömək edə biləcək müxtəlif QHT-lər, gəlir güdməyən təşkilatlar, xeyriyyə təşkilatları, tədqiqat və təhsil institutları, dini təşkilatlar, həmkarlar ittifaqları, ixtisaslaşmış assosiyasiyalar, fondlar və yerli icmalar sözügedən kampaniya çərçivəsində mükafat qazanmaq üçün müraciətə dəvət olunurlar. ("OLAYLAR"İA)