Tural Bakuvidən “Şərq” kompozisiyası VIDEO

Bəstəkar Tural Bakuvi yeni işıq üzü görən “Şərq” kompozisiyası haqda “OLAYLAR”a danışdı

Yeni işıq üzü görən "Şərq" kompozisiyasının da öncəkilər kimi seviləcəyini söyləyən bəstəkar Tural Bakuvi kompozisiya haqda məlumat verib: "Bu günə qədər "Payız" və "Bahar" adlı iki kompozisiyam işıq üzü görüb. Çoxdandır Şərq dünyasını, Şərq həyatını, ekzotikasını özündə əks etdirən bir musiqi hazırlamağı düşünürdüm. Qismət bu günlərə imiş. Bu əsərin çox səs-küy yaradacağına inanıram. "Şuştər" muğamı üzərində qurulan kompozisiyanın orkestr hissəsi canlı alətlərdən ibarətdir. Kompozisiya elegiya janrındadır. Aranjımanda bir neçə fərqli alət də müşayiət edilib. Səslərin tənzimlənməsi və aranjıman işlərini yaxın dostum Ramal Rəsul edib. Kompozisiyadakı gitara ifası da ona məxsusdur. Bu kompozisiyanın ən azı bundan öncəkilər qədər seviləcəyini ümid edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31