Küçük Əmraha böyük şok

Mahsun Kırmızıgül və Özcan Dənizin ardından sənət aləmində "Küçük Əmrah" kimi tanınan Əmrah Ərdoğan da rejissorluğa başlayıb. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ancaq sənətçinin rejissorluq fəaliyyəti uğurlu alınmayıb və Əmrahın çəkdiyi filmlərin izləyici kütləsinin az olması sənətçini məyus edib. Məlumata görə, Əmrahın ssenari müəllifi və rejissoru olduğu "Gəlməyən Bahar" adlı filmini beş həftə ərzində isə cəmi 11 nəfər izləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31