Könül Kərimova Sibel Canın azərbaycanlı bənzəri ilə... VIDEO

Türkiyəli ulduz Linet onları birləşdirdi

Milli.Az xəbər verir ki, tanınmış estrada müğənnisi və teleaparıcı Könül Kərimova istedadlı ifaçı Ülviyyə Tağıyeva ilə duet oxuyub.Azərbaycan dilində yazılan mahnı türkiyəli ulduz Linetin repertuarındandır. Daha ətraflı Könül xanım özü oxucularımızı məlumatlandırdı: "Oxucularınıza Ülviyyə Tağıyeva adı yad gəlməyəcək. O, öz istedadını illər öncə "Azəri Star" mahnı müsabiqəsində və İstanbulda keçirilmiş "Popstar" yarışmasında yetərincə nümayiş etdirib.Ülviyyənin şirin səs tembrini Sibel Cana bənzədirlər. O, çox məlahətli səsə sahibdir.Şəxsən özüm istədim ki, Ülviyyə ilə duet yazdırım.Bəstəkar-aranjmançı Hatəm Nəbioğluna müraciət etdik. O da sağ olsun, səsimizə uyğun olan gözəl mahnını təqdim etdi.Deyim ki, "Sənsiz" adlanan bəstə türk müğənnisi Linetin repertuarındandır. Hatəm mahnını həm Azərbaycan türkcəsinə çevirdi, həm də düzənlənməsini etdi. Əminəm ki, dinləyicilərin xoşuna gələcək".Milli.Az həmin mahnını oxucularına təqdim edir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31