Brilliant Dadaşova: “Sarsaqlayanlara cavab vermək istərdim ki,...”
Xalq artisti haqqında fikir səsləndirənlərin cavabını verdi
15 Aprel 2013 19:07 Mədəniyyət"OLAYLAR"ın Xalq artistinin "Facebook"dakı rəsmi səhifəsinə istinadən verdiyi məlumata görə, müğənni Türkiyənin Kral Televiziyasında səsləndirdiyi fikirlərin yarıdan çoxunun verilməməsi, müğənninin öz dili ilə desək "cümlələrin baş-ayaq" yığılması onu əsəbləşdirib. Xalq artisti daha sonra Türkiyədəki səsyazmaları haqda belə yazıb: "Türkiyədə studiyaya girib musiqi yazdırıb klip çəkdirmişəmsə bunu yalnız yaxşı keyfiyyətli səsləndirmə və görüntü olsun deyə bunları etmişəm. Aday-adayı, namizəd olub sonra da mükafata layiq görülməmək mənə aid olan şey deyil. Qaldı ki "Bayatılar" mahnısına, Aygün Kazımova mahnını məndən sonra ifa edib. Lap əcəb edib, məndən sonra Bayatıları bütün dünya ifa edib. Burda nə var ki? Arzu edərdim ki, mənim ifa etdiyim vokaliz- Gülçöhrənin ariyası, Toy adamları kimi mürəkkəb mahnıları da ifa etsin. İnşallah, əminəm ki, çalışsa öhdəsindən gələr". Qeyd edək ki, Brilliant Dadaşovanın bu statusuna mənfi fikirlər də yazılıb. Yazılan statusların brində isə "Kazımova divadır. Nə etdiyini bilir. Kral Tv sizi də çağırsaydı, qaça-qaça gedərdiniz". Bundan başqa həmin statusda şərhçinin digər tənqidi fikirləri də yer alıb.