Brilliant Dadaşova nədən gileyləndi?
15 Aprel 2013 18:25 Mədəniyyət"OLAYLAR"ın verdiyi məlumata görə, Xalq artisti Brilliant Dadaşova onun fikirlərinin istədiyi kimi çatdırılmamasından gileylənərək "Facebook" rəsmi səhifəsində fikirlərini pərəstişkarları ilə belə bölüşüb: "Əziz FB dostlarım, insanlıqdan xəbəri olmayan bəzi elementlər mənim burda sizinlə ürək sözlərimi bölüşməyimdən çox narahatdılar. İki müğənnimiz haqda rəy yazdım. Çünki bir neçə aydır bəzi qəzet və tele jurnalistlər Kral Tv mükafatları ilə əlaqədar məhz fikrimi öyrənmək üçün bu mövzuda məni sorğu-suala tuturdular. Cavabımı da yəqin ki, müxtəlif səbəblərdən tamaşaçıya olduğu kimi çatdırmırlar. Onun üçün fikrimi burda tamaşaçılarla bölüşdüm. Biri yazır ki, müğənni əlçatmaz olmalıdır, FB-də yazışmamalıdır. Mən hesab edirəm ki, mənim musiqim əlçatmazdır, çox şükür. Özüm isə hər zaman musiqisevər insanların arasında, sizin yanınızdayam".