Fortepiano aləti üzrə təlim kursları başa çatdı

Respublikada fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin istifadəsində olan fortepiano və royal alətlərinin köklənməsi və nizama salınması, təmir işlərinin aparılması üçün mütəxəssislərin peşə ixtisaslarının artırılması, təkmilləşdirilməsi Mədəniyyət Nazirliyinin daim diqqət mərkəzindədir.

Respublikada fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin istifadəsində olan fortepiano və royal alətlərinin köklənməsi və nizama salınması, təmir işlərinin aparılması üçün mütəxəssislərin peşə ixtisaslarının artırılması, təkmilləşdirilməsi Mədəniyyət Nazirliyinin daim diqqət mərkəzindədir.

Olaylar.az bildirir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında fortepiano və royal alətinin təmiri, köklənməsi və nizamlanması üzrə təlim kursları keçirilib. Kurslarda Bakı, Sumqayıt, Cəbrayıl, Kürdəmir, Sabirabad şəhər və Şuşa, Füzuli rayon uşaq musiqi və incəsənət məktəblərinin müəllim-kökləyicilər iştirak etmişlər və onlar lazımi praktiki vərdişlər əldə etmişlər.

Təlimdə dinləyicilər fortepiano və royalın tarixi və hissələri haqqında, fortepiano və royalın mexanikası ilə tanışlıq, mexanikanın nizamlanması və təmiri metodu, çəkiclərin şlifovkası və təmiri, pedalların təmiri və nizamlanması və bağlı bilik və bacarıqlar əldə ediblər. Təlimlər kurs kuratoru Abbas Kərimov tərəfindən aparılmışdır. Həmçinin təlimlərdə yekun olaraq əsasən tətbiqi biliklərə üstünlük verməklə yanaşı dinləyicilərin bilik və bacarıqları qiymətləndirilmişdir.

Mədəniyyət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə təşkil olunan təlimlərdə əsasən tətbiqi biliklərə üstünlük verməklə yanaşı, dinləyicilərin bilik və bacarıqlarının qiymətləndirilməsində də kreativ yanaşmalar tətbiq olunur.

Təlimləri bitirən dinləyicilərə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin şöbə müdiri Sevil Ələkbərova, Təlim-tədris şöbəsinin metodisti Kəmalə Şahverdiyeva tərəfindən beynəlxalq standartlara cavab verən sertifikatlar təqdim edilmişdir.

Sevil Ələkbərova çıxış edərək dinləyicilərə uğurlar diləmiş, müəssisənin gələcək planlarından məlumat vermiş və ölkə rəhbərliyinə respublikamızda bədii təhsilin inkişafına ayırdığı diqqətə görə təşəkkürünü bildirmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31