Demetin Alişanla davasına həyat yoldaşı da qarışdı

Uzun müddətdir ki, Türkiyənin məşhur müğənniləri Demet Akalınla Alişan arasında davam edən davaya Demetin həyat yoldaşı Okan Kurt da qarışmalı olub

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Demet Akalının həyat yoldaşı xanımına qarşı söylədiyi fikirlərə görə, Alişanı duelə çağırıb. O, bu haqda yazdığı tvitdə məlumat yayıb. Demet Akalını qarabaqara izləyən Alişan isə öz növbəsində öfkəsindən əl çəkməyərək cütlüyün getdiyi məkanlarda onlarla üz-üzə oturub. Qarşılarında Alişanı görən Demet-Okan cütlüyü bunun üçün masa ətrafında beş mühafizəçinin saxlanılması əmrini veriblər. Müğənni Alişan isə "Tvitter" sosial şəbəkəsində bu hərəkətini belə izah edib: "Okan bir tvit yazdı, bir neçə dəqiqə sonra isə onu pozdu. Onlardan  çəkinmədiyimi sübut etmək üçün getdikləri məkanda lap qabaqlarında əyləşdim. Klip çəkilişləri üçün səfərimi başa vurduqdan sonra həftə sonunadək tərəflər haqda məhkəməyə şikayət ərizəsi təqdim edəcəyəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31