Kosmetoloq əməkdar artisti tanınmaz hala saldı
15 Aprel 2013 20:34 MədəniyyətƏməkdar artist Mətanət İsgəndərli depressiyaya düşüb. Axşam.az-ın məlumatına görə, müğənni "ATV-maqazin" verilişinə açıqlamasında kosmetoloqların onu tanınmaz hala saldığını deyib:"Mezoterapiya üçün kosmetoloqa getdim. O məndən xəbərsiz gözümün altına gel vurub. Bundan sonra tanınmaz hala düşdüm. Bir ay evdən çölə çıxmadım". Sənətçi bildirib ki, baş verənlərdən psixoloji zərbə alıb: "Hara gedirdimsə, eynək taxırdım. Evdə övladlarım mənə baxa bilmirdilər. Dedim ki, ömür boyu belə qalacam. Əsəbimdən başımı divara vururdum. Bir müddətdən sonra üzüm düzəldi. Amma kosmetoloqu məhkəməyə vermədim, onu Allaha tapşırıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31