“Mən o qədər də savadı dərin olan adam deyiləm” - Rəqsanə
15 Aprel 2013 16:15 MədəniyyətMüğənni Rəqsanə son zamanlar mediada onun haqqında yayılan xoşagəlməz söhbətlərə "OLAYLAR" vasitəsi ilə aydınlıq gətirdi
-Mediada haqqınızda xoşagəlməz söz-söhbət yayılıb. Bu haqda nə deyə bilərsiniz?
-Mən jurnalistlərin bu savadsızlığını başa düşə bilmirəm. Neçə vaxtdır bu söhbət yayılıb. Nə dəyişiklik var? Heç nə. Bütün jurnalistlərin yazdıqlarına baxanda gülməyim gəlir. Mən o qədər də savadı dərin olan adam deyiləm. O qədər də belə şeylərdən başım çıxmır. Amma "beynəlxalq axtarış" sözünün yazılmasına gülməyim gəlir. "Beynəlxalq axtarış" nə deməkdir? Belə söz var? Qabağınıza bir kitab, dəftər qoyub baxın görün ki, qanunda bu söz varmı? Beynəlxalq axtarış sözü yoxdur. Savadlı insanlarsız. Girin İnterpolun saytına görün ki, mənim də adım o siyahıda var, ya yox. Bütün günü komputerin qarşısında əyləşirsiniz. Bir şeyi də dəqiqləşdirib yazın. Bir dəfə də mahiyyətli şey yazın da. İnsanı niyə bu qədər sürüməyi xoşlayırsınız?
- Sizin haqqınızda söylənilən fikirləri inkar etdiniz. Bəs, bu cür söz-söhbətləri yazanlara qarşı nə tədbir görəcəksiniz?
-Azərbaycana gələndən sonra nə edəcəyimi görəcəksiniz.
-Hazırda Moskvadasınız da...
-Bəli, Moskvadayam. Yox qaçmışam, gizlənirəm qorxumdan. Birdən məni tutarlar. Gülməyim gəlir e. Özü də yazan adamlar hamısı özlərini savadlı, bilikli kimi göstərirlər. İnsanı yıxmağa çalışmayın e. Bir işi araşdırıb-dəqiqləşdirdikdən sonra yazın. Gedin görün ki, Suraxanı polisindən mənim interpolun axtarışına verilib, verilmədiyimi öyrənin də. İşi qanunu şəkildə yazın da. Hansısa məhkəmənin bu haqda qərarı varsa, çıxarıb ortalığa yazın da.
-Haqqınızda heç bir cinayət işi açılmayıb...
-Niyə gedib maraqlanmırsınız, gedin maraqlanın; mənim haqqımda heç bir cinayət işi başlamayıb. Mən təqsirləndirilən şəxs olsaydım, Moskvada nə işim vardı? Tutardılar da məni. Niyə tutmadılar məni? Altı ayda niyə bu sübut olunmadı? Dörd aydı ki, bu söhbət gedir. Niyə demirsiz ki, Təranə, Faiq, Fərid Abıyev qardaşları ilə bir ildən artıq bu çəkişmələrim davam edir? Eyni adamlardı da. Təranə həmin qardaşlarla birgə noyabr ayında Suraxanı rayonunda müstəntiqə hücum elədi. Müstəntiqlə qırğın elədilər. Gördülər ki, burda alınmır, işi Bakı Şəhər Baş Polis İdarəsinə göndərdilər. Bütün şahidləri də onlardan imtina etdi. İstənilən məlumatı almaq üçün səlahiyyətləriniz çatır da. Gedin hər yerdən məlumatları dəqiqləşdirin də. Mən qaçıb gizlənsəydim, sizin zənginizə necə cavab verərdim? Vətən xainiyəm, adam öldürmüşəm, neyləmişəm ki, məni beynəlxalq axtarışa versinlər? Cinayətim var idisə, məni gömrükdən də buraxmazdılar. Səhv deyirəm?
Nigar Məhərrəm