Məşhur müğənni yəhudiləri əməlli-başlı əsəbləşdirdi
15 Aprel 2013 15:23 MədəniyyətMəşhur müğənni Castn Biberin II Dünya Müharibəsində almanlar tərəfindən soyqırıma məruz qalmış yəhudlərin xatirəsinə ucaldılmış "Anne Frank" muzeyi ilə bağlı ürək sözləri insanların sərt təpkisilə qarşılanıb. Avropa turnesi çərçivəsində Hollandiyanın Amsterdam şəhərində konsert verən 19 yaşlı Biber muzeyin xatirə dəftərinə ürək sözlərini yazıb. Castnın təpkilərə səbəb olan sözləri bu cürdür: "Burada olmaq insana ilham verir, ana əla bir insan olub. Anne bu gün yaşasaydı "beliber" (fanatlarının müğənniyə verdiyi ad) ola bilərdi". Muzeyin əməkdaşları isə Castnın sözlərini "Feysbuk"da paylaşdıqdan sonra yüzlərlə insan müğənnini sərt şəkildə tənqid ediblər. Türkiyə mətbuatının məlumatına görə Biberin "Tvitter"dəki 37 milyon izləyicisi isə ona dəstək olub. ("OLAYLAR" İA)