2019 –cu ilin ən yaxşı fotoqrafı müəyyən ediləcək

2019 –cu ilin ən yaxşı fotoqrafı müəyyən ediləcək

Fevralın 29-da YARAT Müasir İncəsənət Mərkəzində Azərbaycan Fotoqrafları Birliyinin "İlin fotoqrafı 2019" tədbiri keçiriləcək.
Olaylar.az bildirir ki, tədbirdə fotoqrafiya sənətində son illərdə xidmətləri olmuş fotoqraflar AFB adından təsis olunmuş mükafatlarla təltif olunacaqlar. Eləcə də fotoqrafiya sənətinin tərəqqisi və inkişafı naminə, Azərbaycan Fotoqrafları Birliyinə verdikləri dəstəyə görə, fotoqrafiya sənətinin təbliğində, tədrisində və araşdırılmasında xitmətləri olmuş dövlət qurumlarına və qalereyalara xatirə diplomları təqdim ediləcək.
Qeyd edək ki, tədbir Art Faktor Agentliyinin tərəfdaş dəstəyi ilə təşkil olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31