"Unudulmayanlar" layihəsində Rübabə Muradovanın xatirəsi yad olundu

"Unudulmayanlar" layihəsində Rübabə Muradovanın xatirəsi yad olundu

Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsində  Xalq artisti, unudulmaz xanəndə Rübabə Muradovanın xatirəsi yad olundu. Olaylar.az bildirir ki, tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, görkəmli xanəndənin sənət dostları və yaxınları iştirak ediblər. Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin aparıcılığı ilə keçən tədbirdə unudulmaz xanəndənin həyat və yaradıcılığından söz açıldı, onun mədəniyyətimizin inkişafındakı xidmətlərindən bəhs olundu. Rübabə Muradovanın yaradıcılıq bioqrafiyasında Opera və Balet Teatrının xüsusi yer tutduğunu qeyd edən çıxışçılar müğənni ilə bağlı xatirələrini bölüşüblər.
Vurğulanıb ki, Rübabə Muradova Azərbaycan muğam operalarında Leyli ("Leyli və Məcnun"), Əsli ("Əsli və Kərəm"), Ərəbzəngi ("Şah İsmayıl"), Sənəm ("Gəlin qayası") kimi parlaq, yaddaqalan obrazlar yaradıb.

Tahirə Muradova tədbirin iştirakçılarına və təşkilatçılara təşəkkürünü bildirib. Tədbir konsert proqramı ilə davam edib.
Gecədə səhnəmizin unudulmaz Leylisi haqqında ən xoş və həzin xatirələr səsləndirilib, tanınmış xanəndələrin repertuarında onun vaxtı ilə ifa etdiyi mahnılara müraciət olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31