Londonda kitab sərgisinə qatılırıq

15-17 aprel 2013-cü il tarixdə Londonda növbəti beynəlxalq kitab sərgisi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, 1971-ci ildən başlayaraq mütəmadi şəkildə hər il təşkil olunan, 40 ildən çox müddətdə uğurla fəaliyyət göstərən sərgidə Avropanın ən böyük ölkələrinin dövlət və özəl nəşriyyatları ilə yanaşı Amerika, Kanada, Yaponiya, Çin, Koreya, Səudiyyə Ərəbistanı, Hindistan, Türkiyə və s. ölkələrdən 500-ə yaxın təşkilat iştirak edir.
Bu il London Kitab Sərgisində ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin Nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu və həmin şöbənin baş məsləhətçisi Aslan Cəfərov təmsil edəcəklər. 
Milli ekspozisiyamızı təşkil etmək məqsədilə sərgidə 24 kv.m-lik sahədə stend avadanlıqları quraşdırılıb  ki, burada ölkəmizin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, turizm imkanlarına, Qarabağa və s. aid 115 adda 200 nüsxədən çox kitab və reklam çap məhsulları nümayiş olunacaq. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31