Atmacasına cavab almayan Elza Seyidcahan: "Bu nə mənə, nə də həmkarlarıma yaraşır"
Zülfiyyə Xanbabayeva həmkarının tənqidini qulaqardına vurdu
14 Aprel 2013 20:54 MədəniyyətQalmaqallardan uzaq qaçmağa çalışan xalq artisti Zülfiyyə Xanbabayeva əməkdar artist Elza Seyidcahanın tənqidinə cavab vermək istəməyib.Milli.Az Day.Az-a istinadən bildirir ki, E.Seyidcahan demişdi ki, Z.Xanbabayeva yalnız qara geyimi ilə tamaşaçıların yadında qalıb."Əgər Elzaya nəsə demək istəsəydim, bunu onun üzünə deyərdim, kameraya yox. Belə suallara cavab vermək istəmirəm", - Z.Xanbabayeva Space telekanalının "Plus-Minus" verilişinə deyib.E.Seyidcahan isə deyib ki, xalq artistinin cavab verməyəcəyini bilirmiş, çünki o, belə şeylərə əhəmiyyət vermir: "Hərdən özüm deyirəm, sonra da anlayıram ki, bu nə mənə, nə də həmkarlarıma yaraşır. Amma çox istəyərdim ki, onlar mənim kimi sənətkardan çox şey öyrənsinlər. Ancaq bir şərtlə: sonra deməsinlər ki, bütün bunları özləri fikirləşib tapıblar".