Murad Dadaşov: "Qarşılarına şərt qoydum: ya mən, ya da it!"

Şoumen Murad Dadaşov uşaqlıqdan itlərdən qorxur

Ona görə də həmişə onlardan gen gəzməyə çalışır. Milli.Az Day.Az-a istinadən bildirir ki, bu barədə şoumen "ATV-Maqazin" verilişinə bildirib.
"İtlərdən xoşum gəlmir. Mənə həmişə elə gəlir ki, onlar məni dişləyəcəklər. Axı itlər onlardan qorxanda bunu hiss edirlər. Bir dəfə ailəmizdə buna görə mübahisə də düşdü. Oğlanlarım it almaq istəyirdilər, mənsə istəmirdim. Qarşılarına şərt qoydum: ya mən, ya da it. Xanımım məsələni həll elədi. Onlara güzəştə getməli oldum", - M.Dadaşov gülərək deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31