Azərbaycanlı müğənni toy gününün vaxtını açıqladı
Bu toyda da bəzi qadağalar olacaq
14 Aprel 2013 10:29 MədəniyyətMilli.Az xəbər verir ki, "Qala" qrupunun solisti Ceyhun Əliyev aprelin 29-da subaylıqla vidalaşacaq. Müğənni toyunu necə keçirəcəyi ilə bağlı fikirlərini oxucularımızla bölüşdü: "Bir neçə gün əvvəl söyləmişdim ki, valideynlərimin seçdiyi xanımla evlənirəm. Məncə, hər işdə böyüklərin xeyir-duası olmalıdır. Toyumda qeyri-adi nələrsə gözlənilmir. Əsasən, qohumlarımız çoxluq təşkil edəcəklər. Məclisi qrupumuzun peşəkar musiqiçiləri idarə edəcəklər. Aparıcı İlkin Həsəni olacaq.Sənətçi dostlarım da qonaqlar sırasında olacaqlar. Toyu işıqlandırmaq istəyən jurnalistlər məndən inciməsinlər, onların yalnız foyedə çəkiliş aparmalarına şərait yaradılacaq. Bunu sırf xoş günümə təşrif buyuran insanların özlərini rahat hiss etmələri üçün edəcəyəm".