Azərbaycanlı ifaçı Allaha üsyan etdi VIDEO

Daniel Yorkun "Черная вода" klipi Rusiyanın Ru TV-də yayımlanır

Azərbaycanlı ifaçının klipi Ru TV-də yayımlanır. ANS PRESS-in məlumatına görə, Rusiya şou-biznes arenasının ən açıq-saçıq layihəsi kimi tarixə düşən "Yorkland" layihəsinin iştirakçılarından olan Daniel Yorkun (Fuad Mustafazadə) ilk solo layihəsi televiziya vasitəsilə tamaşaçılara təqdim olunur. Bu, onun özünün müəllifi olduğu "Черная вода" (Qara su) klipidir.

Klipin rejissoru Nikolay Vereşakadır. Müğənninin imici üzərində Valeriya Sviridova işləyib. Ekran işində rəqsləri Rusiyanın çox tanınmış "Beat soul Step" rəqs qrupu ifa edib.

Klip sevgi və seks arasında qalıb ikiləşmiş insanın Allahla söhbətidir. Daniel York ekran işində iki obrazda görünür. Bir obrazda qara saçlı, digərində sarışın. Sarı oğlan sevir, onun üçün sevgi həyatdı. "Əsrlərlə yazılan Adəm və Həvva sevgisi bəs hardadı?" deyib Allaha üz tutub əsəbi tələb edir ki, onun sevgisi garşılıqlı olsun. Qara oğlan isə əksinə düşünür. Onun üçün sevgi sadəcə bir oyundu, seksdir. Hər zaman özü üçün yaşayan insan, birdən sevgi içində itir.

Daniel York ekranlaşdırdığı "Черная вода" mahnısının yeni "Legion of immortal Love" solo albomunda yer alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31