“Gangnam Style” ifaçısının yeni mahnısı da rekord qırır VIDEO

Cənubi Koreyalı müğənni PSY yeni albomunu təqdim edib

"Gangnam Style" mahnısının klipi ilə dünya rekordu qıran Cənubi Koreyalı müğənni PSY yeni albomunu təqdim edib. Müğənni yeni albomdakı "Gentlemen" mahnısına çəkdirdiyi klipi də internetdə paylaşıb. Qeyd edək ki, müğənninin bu mahnısı da rekorda doğru irəliləyir və "You-Tube" video paylaşımı saytına yükləndikdən sonra 2 gün ərzində 1 milyondan çox izlənib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31