Zəlimxan Yaqub müalicə üçün yenə Almaniyaya getdi

Xalq şairi Zəlimxan Yaqub Almaniyada müalicə kursu keçir. Bu barədə AzNews.az-a şairin ailə üzvləri məlumat verib.
Şairin ailəsindən verilən məlumata görə, 10 gündən yuxarı davam edən müalicə kursu Z.Yaqubun səhhətinə müsbət təsir göstərib: "Onunla tez-tez əlaqə saxlayırıq. Deyir ki, səhhətim çox yaxşıdır. Amma böyrək köçürülmə əməliyyatı bu müalicədə baş tutmayacaq. Həkimlər deyir ki, hələ gözləməlisən".
Qeyd edək ki, şair iki gündən sonra Azərbaycana qayıdacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31