Tanınmış modelyer “Eurovision-2013”ün aparıcısının paltarını tikəcək

İsveçdə keçiriləcək "Eurovision-2013" mahnı müsabiqəsinin final aparıcısı Petra Mede üçün geyimi dünya şöhrətli fransız modelyeri Jan-Pol Qotye hazırlayacaq. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi xəbərə görə, builki şounun prodüseri final mərhələsində aparıcının geyiminin dünya şöhrətli fransız modelyerinin hazırlaması ilə bağlı təşəbbüsü dərhal dəstəklənib. Jan-Pol Qotye və Petra Mede artıq modelyerin studiyasında paltarın parçası və rəngi ilə bağlı detalları müzakirə ediblər. Müsabiqənin pərəstişkarı olan Jan-Pol Qotye bir neçə dəfə yarışmanın iştirakçıları, o cümlədən keçən ilki yarışmada Fransanın təmsilçisi Anqun üçün də geyimi o, hazırlayıb. Eyni zamanda, məşhur modelyerə Petra Medenin də böyük rəğbəti var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31