“Ana olmaq istəyirəm” - MÜSAHİBƏ
“Səhər səkkizdə işə gedib, axşam səkkizdə evə qayıdan həyat yoldaşımın olmasını istəyirdim. Duam qəbul olundu. Həyatda istədiyim tək şey ana olmaqdır. O, xoşbəxtliyi dadmaq istəyirəm”
12 Aprel 2013 15:48 MədəniyyətDemet Akalının Türkiyənin məşhur "Elele" dərgisinə verdiyi müsahibəsini təqdim edirik:
-Müsahibələrinizin birində həyatınızın hər anının bir qərardan asılı olduğunu demişdiniz. Bu vaxtacan ən doğru və ən yanlış qərarlarınız nə idi?
-Öncə ən yanlış qərarım haqda danışım. Kaş ki, musiqi dünyasına çox-çox əvvəl gələrdim. Ən doğru qərarım isə müğənnilik fəaliyyətimə başlamağım olub. On altı ildir albomlarım çıxır. Amma mənim ulduzum 2005-ci ildə parlayıb. Həyatım boyu utancaq birisi olmuşam. Məktəbdə kimsə mənə sevgisini etiraf edəndə də çox utanırdım. Atasız böyüdüyüm üçün gündüz keçdiyim küçələrdən axşamlar keçmirdim. Çünki mənə görə anamın adına nəsə söz gəlməsini istəməmişəm. O zamanlar həyata başqa gözlə baxırdım. Özümə güvənmədiyim üçün musiqi dünyasına da gec gəldim. Sonunda ən doğru addımımı atdım. Özəl həyatımda və keçmişimdə məni peşman edəcək heç bir şeyim yoxdur.
-Sevginizin hansı dönəmini yaşayırsınız?
-Okanla birgə ən gözəl dönəmlərini yaşayıram. Bir-birimizi çox yaxşı tanıyırdıq. Tanışlığımızın ilk illərində məni bir kafeyə aparıb elə hey danışırdı. Mən də öz-özümə "Allahım, bu nə boş-boş danışır. Mən bu insanla ailə həyatı quracağam?" deyirdim. İndi isə o, anları xatırlayırıq. Mən onun, o da mənim nəyə əsəbləşəcəyimi çox yaxşı bilir. Yoldaşım bazar günləri belə futbolu mənimlə birgə seyr edir.
-Birinin həyat yoldaşınıza baxdığını gördünüzmü?
-Biz elə mənasız şeylər haqda danışmırıq. Amma belə olay baş verərsə müdaxilə etmərəm, Okanın nə edəcəyinə baxaram.
-Evdə necə, işləri özünüz görürsünüz, ya bunun üçün xidmətçi tutursunuz?
-Sizcə mənim evdə nə qədər xidmətçim var?
-Heç olmaya da bilər
-Evdə xidmətçim yoxdur. Hər şeyi özüm edirəm. Sadəcə təmizlik işlərinə baxan bir xanım var, səhərlər gəlib işini görüb gedir. Bütün yeməkləri, səhər qəlyanaltısını da özüm hazırlayırım. Okana özüm baxıram. Ailəni düzənə sala bilməsən həyatda çox problemlər ola bilər. Fərqli həyat yaşamıram. Sadəcə ailəmə diqqətliyəm. Mən bu vaxtacan heş bir uyuşdurucu qəbul etməmişəm.
-Bu qədər işin-gücün qarşısında qohum-tanışla necə, əlaqə saxlamağa vaxt tapırsınızmı?
-Çox balaca yerdə böyümüşəm. Qohumlarım, ailəmlə bağlarımı qırmamağa çalışıram. Ailə, qohumluq bağları möhkəm olan insan həyatda da xoşbəxt olur. Hər zaman körpəni yox, karyeramı üstün tutmuşdum.
-Ötən il hamiləliyinizi dayandırdınız. Uşağı dünyaya gətirməməyinizə nə səbəb oldu?
-Sağlıq problemləri yarandı. Əgər onu vaxtında götüzdürməsəydik indi çox problemlər olardı. Həyatda istədiyim tək şey ana olmaqdır. O, xoşbəxtliyi dadmaq istəyirəm. Bircə xoşbəxtliyimiz üçün çatışmayan körpəmizin olmamasıdır.
-Bəs, nə üçün uşaq övladlığa götürmürsünüz?
-Okan buna yaxşı baxmır. Həm də 40 yaşı ötdüyüm üçün mənə övlad vermirlər. Həyat yoldaşım məndən gənc olduğu üçün onun adı ilə gedib övlada sahib olmaq istəyərdim. Amma o buna razı deyil.
-Ögey analığı qəbul edə bilərsiniz?
-Heç bir problem yoxdur, qəbul edərəm. Əslində ana olmaqla bağlı bütün problemlərim həll olunub. Amma uşaq yoxdur. Psixologiyam da pisləşib. Artıq kilodan hamiləliyə görə azad ola bilmirəm. Artıq dərman qəbul etməyi də dayandırmışam. Nə qədər dərman içim?
-Mediada haqqınızda yanlış məlumat gedərsə nə edərsiniz?
-Mənim "Tvitter" səhifəmdə bir media qurumunun sahib ola biləcəyi qədər izləyici var. Mən sosial şəbəkəmi qəzet əvəzi istifadə edirəm. Yanlış məlumat çıxan kimi ordan cavablandırıram. Həyat yoldaşıma görə axşamlar da tez yatıram. Səhər duran kimi mənə gələn axşamkı sualları cavablandırıram. Həyat yoldaşım Okan Kurt mənim arzuladığım bir kişidir. Hazırda heç bir sosial şəbəkədə də yoxdur. Tanış olduğumuz zaman bir "Facebook"u vardı, sonra hər ikimizi səhifəmizi bağladıq.
Nigar Məhərrəm