Kəmalənin toy günü bəlli oldu

Gənc müğənni Kəmalə Qaramollayeva toy gününü təyin edib. Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, sənətçi aprelin 14-də türkiyəli nişanlısı ilə nikah masasına oturacaq. Kəmalə işlərinin çoxluğundan bal ayına yayda gedəcəklərini deyib:"Fikrimizdə bir neçə ölkə var. Yayda gedib, istirahət edəcəyik. Hamı toydan sonra Türkiyəyə köçəcəyimi deyir. Amma həyat yoldaşımla birlikdə Bakıda yaşayacağam. Müğənnilik sənətimi də davam etdirəcəyəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31