Rafael Hüseynov Tacikstanda çıxış edəcək

XIII əsrin böyük hind şairi və musiqiçisi Əmir Xosrov Dəhləvinin dünya ədəbiyyatı və mədəniyyəti tarixindəki xüsusi xidmətlərinin müzakirəsinə həsr olunmuş YUNESCO- nun Tacikstanın paytaxtı Düşənbə şəhərində keçirdiyi beynəlxalq konfrans aprelin 11-də öz işinə başlayıb.
Dünyanın müxtəlif ölkələrindən tanınmış mütəxəssislərin iştirak etdiyi mötəbər tədbirdə ölkəmizi Milli Məclisin üzvü, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü, professor Rafael Hüseynov təmsil edir.
Azərbaycanlı alim beynəlxalq konfransın plenar iclasında "Nizami Gəncəvinin ədəbi məktəbinin dünya əhəmiyyəti və Əmir Xosrov Dəhləvinin bu ənənənin bədii-estetik prinsiplərinin formalaşmasında rolu" mövzusunda məruzə ilə çıxış edəcək. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31