İbrahim Tatlısəsin yeni körpəsinin ilk fotosu

Paparatsilər uşağın maşından fotosunu çəkə biliblər. Bir neçə gün öncə ata olan məşhur müğənni İbrahim Tatlısəsin yeni körpəsinin fotosu yayılıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Tatlısəs 21 il fasilədən sonra 61 yaşında 6-cı dəfə ata olub.
Müğənni ötən gün axşam saatlarında həyat yoldaşı Ayşəgül Yıldız ilə xəstəxananı tərk edib. Cütlük göz dəyməsindən qorxduğu üçün Elif Ada adlı körpənin fotosunu mətbuata verməsə də, paparatsilər onun maşından fotosunu çəkə biliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31