“Sehrli mücrü” Əskişəhərə gedir
10 Aprel 2013 19:39 MədəniyyətAbdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 2013-cü il aprelin 23-25-də Türkiyədə (Əskişəhər) keçiriləcək beynəlxalq festivalda iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, festival Əskişəhərin 2013-cü ildə "Türk dünyası mədəniyyət paytaxtı" elan olunması münasibətilə keçirilir. Kollektiv sənət bayramında Rəhman Əlizadənin "Sehrli mücrü" tamaşasını nümayiş etdirəcək. UNESCO-nun təşkilatçılığı ilə keçiriləcək festivalda Türkiyə və Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Tatarıstan, Çin, İndoneziya, Misir və Yunanıstandan olan teatr nümayəndələrinin də iştirakı gözlənilir. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31